Hillari Klinton Twitterə qoşuldu

Hillari Klinton Twitterə qoşuldu
  11 İyun 2013    Oxunub:1292
ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Twitter sosial şəbəkəsində ilk hesabını açıb.
AzVision.az xarici mətbuata istinadən məlumat verir ki, Klinton ilk mesajında textsfromhillary.com (“Hillaridən mesajlar”) yumoristik saytın yaradıcılarına təşəkkür edib. Həmin saytın müəllifləri keçmiş dövlət katibi və ABŞ-ın digər yüksək vəzifəli məmurlarının arasında olan məzəli dialoqları saytda yerləşdirirdilər.

“İlham verdiyiniz üçün təşəkkür edirəm” - Klinton qeyd edib. Yeddi saat ərzində keçmiş dövlət katibinin hesabını 245 min istifadəçi oxuyub.

Hillari Klinton əvvəllər sosial şəbəkələrin əhəmiyyətli rolu barədə dəfələrlə danışsa da, heç vaxt özü bu sferada fəallıq göstərməyib.

AzVision.az


Teqlər:  





Xəbər lenti