Aviareyslər təxirə salındı

Aviareyslər təxirə salındı
  11 İyun 2013    Oxunub:1271
Fransada aviadispetçer xidmətlərinin əməkdaşları iyunun 11-dən üç günlük tətilə başlayıblar.
AzVision.az xarici mətbuata istinadən məlumat verir ki, tətil nəticəsində 1,8 mindən çox aviareys təxirə salınıb.

Tətil Avropa Birliyinin “Vahid Avropa Hava Sahəsi” təşəbbüsünə qarşı yönəlib. Yeni təşəbbüs görə, atmosferə atılan karbon 4-oksid tullantılarının və aviaşirkətlərin əlavə xərclərinin azaldılması nəzərdə tutulub.

Fransanın Baş Aviasiya İdarəsi tətil ilə əlaqədar aviaşirkətlərə müraciət edərək, Paris, Lion, Marsel, Tuluza və Bordo aeroportlarında uçuşların sayını müvəqqəti olaraq 50 faizədək azaltmağı xahiş edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti