Gizli məlumatlar sızdıran şəxs yoxa çıxıb

Gizli məlumatlar sızdıran şəxs yoxa çıxıb
  11 İyun 2013    Oxunub:2149
Amerika Birləşmiş Ştatları xüsusi xidmət orqanlarının gizli layihəsi barədə məlumatları sızdıran şəxs, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snouden yoxa çıxıb.
Onun qəfil itməsini isə qaldığı oteldə Snoudenlə görüşməli olan jurnalistlər məlumat verib. Media nümayəndələrinin sözlərinə görə mehmanxana rəhbərliyi hələki xüsusi agentin hara getməsi və ya aparılması barədə informasiyanı gizlədir.

Bununla belə bildirilir ki, Snoudenə dövlətə xəyanətlə bağlı ittiham irəli sürülmədiyi üçün həyatı təhlükədə sayılmamalıdır. Bu arada Ağ Evin rəsmi internet səhifəsində xüsusi agentin əfv edilməsi ilə bağlı petisiya başladılıb. Hələ ki, saytda 20 min imza toplanıb. Əgər əhv tərəfdarlarının sayı 100 mini keçərsə, iqtidar bu məsələyə baxmalı olacaq.


Teqlər:  





Xəbər lenti