Türkiyədə 100 uşaq zəhərləndi

Türkiyədə 100 uşaq zəhərləndi
  12 İyun 2013    Oxunub:1458
Türkiyənin Kırıkkale əyalətində uşaqların kütləvi zəhərlənməsi baş verib.
AzVision.az türk mətbuatına istinadən məlumat verir ki, zəhərlənən 100 uşaq xəstəxanaya yerləşdirilib. Zəhərlənmə türk dili olimpiadasında iştirak edən uşaqlar üçün hazırlanan içki və toyuq ətindən bişirilən yeməklərdən baş verib.

Kütləvi zəhərlənmə barədə cinayət işi açılıb və araşdırma aparılır. Qeyd edək ki, zəhərlənən uşaqlar arasında xarici vətəndaş yoxdur.

AzVision.az


Teqlər:  





Xəbər lenti