Azərbaycanlı tələbə Koreyada restoran açıb

Azərbaycanlı tələbə Koreyada restoran açıb
  31 Avqust 2015    Oxunub:8834
Azərbaycanlı tələbə Nihat Xailzadə Cənubi Koreyanın paytaxtı Seulda `Bakı` restoranı açıb.
Bu barədə AzVision.az Koreya KİV-nə istinadən xəbər verir.

`Bakı` restoranı Seulun şimalında, ən işlək ərazilərdən biri olan Sinconda açılıb.

5 il əvvəl Koreyaya oxumağa gələn azərbaycanlı tələbə yeni açılan restoranın Azərbaycan mədəniyyətinin Koreyada tanınmasına yardım edəcəyinə inandığını bildirib. Nihad Xailzadə hazırda Hanyanq Universitetinin kompüter mühəndisliyi fakültəsində təhsil alır.

`Cənubi Koreyaya ilk dəfə gəldiyimdə koreyalılar mənim ölkəmin, hətta mövcud olması barədə çox az şey bilirdilər. Məndə bura gəlməmişdən qabaq Cənubi Koreya haqqında heç nə bilmirdim. Ancaq Şimali Koreya haqqında xəbərlərdən eşitmişdim`, - deyə Nihat bildirib.

O, ölkəsinin təbliğatı üçün könüllü fəaliyyət göstərib, yerli məktəblərdə dərs deyib, Koreya şirkətlərinə biznes məsləhətlərini verib.

`Mən bütün bu işləri gördüyüm zaman nəyinsə çatışmadığını hiss edirdim. Mən koreyalıların Azərbaycan haqqında ilk nələri bilmək istəməsi ilə maraqlandım. Mən onların hər hansı bir məkan adı çəkəcəyini gözləyirdim, lakin onlar sadəcə `yemək` deyə bildirdilər. Bundan sonra mən restoran açmağa qərar verdim`, - deyə azərbaycanlı tələbə vurğulayıb.

Nihat Xailzadə restoranın gələcəyinin parlaq olacağını düşünür: `Müştərilər `Bakı` restoranına yenidən qayıdırlar. Bu isə çox yaxşı göstəricidir. Ümid edirəm ki, bura çox insan gələcək və yeməklərimizdən dadacaq. Bununla da onlar Azərbaycan haqqında yeni nəsə öyrənəcklər`.

Restoranın açılış mərasiminə Azərbaycan Koreyadakı səfiri Rəmzi Teymurovda qatılıb. Restoranın aşbaz və işçi heyəti azərbaycanlılardır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti