Rejissor “Günahsız müsəlmanlar”ı bitirəcək

Rejissor “Günahsız müsəlmanlar”ı bitirəcək
  12 İyun 2013    Oxunub:1292
Başı qalmaqallı, məşhur rejissor Nakula Baseli Nakula artıq böyük rezonansa səbəb olmuş15 dəqiqəlik “Günahsız müsəlmanlar” filminin davamını çəkir.
AzVision.az xarici mətbuata istinadən məlumat verir ki, Nakula , “Günahsız müsəlmanlar” filminin dini zəmində çəkilmədiyini vurğulayıb. Onun sözlərinə görə, dostlarının əksəriyyəti müsəlmanlardır.

Rejissor, filmin islama deyil, terrorizmə qarşı mübarizədən bəhs etdiyini deyir. Nakula “Günahsız müsəlmanlar” filmini çəkməkdən peşman olmadığını bildirib.

Xatırladaq ki, film 2012-ci ilin yayında məşhurlaşıb və islam dünyasında silsilə etirazlara səbəb olub. Bəzi ölkələr hətta filmə görə internetə çıxışı bağlayıb.

Film 15 dəqiqədən ibarətdir. Amma rejissor filmin digər iki hissəsini də çəkmək istəyir. Nakula filmi sentyabrın 26-da bitirmək niyyətindədir. Hazırda isə o, Kaliforniya həbsxanalarının birindədir.



AzVision.az


Teqlər:  





Xəbər lenti