“Bakıya nəzarət – Avrasiyaya nəzarət deməkdir”

“Bakıya nəzarət – Avrasiyaya nəzarət deməkdir”
  13 İyun 2013    Oxunub:1453
Amerikanın “Stratfor” Analitik Mərkəzi mərkəzin yaradıcısı və sədri Corc Fridmanın “Geosiyasi səyahət: Azərbaycan və Amerika” sərlövhəli məqaləsini dərc edib. Məqalədə ABŞ-ın strateji müttəfiqi kimi Azərbaycanın əhəmiyyətindən, Birləşmiş Ştatların milli təhlükəsizliyi üçün onun mühüm rolundan bəhs olunur.
Forbes.com saytında yayımlanan məqalədə Fridman qeyd edir ki, məhz Bakı neftinə görə Hitler Stalinqrad döyüşündə strateji məğlubiyyətə uğradı. O, Qafqaza doğru hərəkət edərkən məhz Bakının neft yataqlarını ələ keçirmək istəyirdi. “Növbəti 100 il” kitabında Analitik Mərkəzin yaradıcısı Azərbaycanın nə üçün ABŞ-ın geosiyasi mənafeyi baxımından mühüm ölkə olduğunu izah edir.

Fridman Bakıda keçirilmiş son Amerika-Azərbaycan konfransında iştirak etmiş yüzlərlə qonaqdan biridir. O, qeyd edir ki, 2008-ci ildə Azərbaycana ilk səfərindən sonra bu ölkə ilə maraqlanan və buraya gələn dövlət xadimlərinin sayı ildən-ilə artır. Müəllif Qarabağ münaqişəsi ilə əlaqədar vəziyyətdən bəhs edərkən bildirir ki, Ermənistan regionda Azərbaycana qarşı təcavüzkar siyasət yeridərək Dağlıq Qarabağı işğal edib. Müəllif yazır: “Azərbaycan həmçinin, Əfqanıstanda ABŞ-ın hərbi əməliyyatları üçün ehtiyacların daşınmasında mühüm vəsilədir”.

Daha sonra Fridman qeyd edir ki, ABŞ Azərbaycana xüsusi diqqətlə yanaşmalıdır: “Hitlerlə Stalinin hər ikisi başa düşürdü ki, Bakıya nəzarət etmək bütün Avrasiyaya nəzarət etmək deməkdir. Enerji resursları baxımından reallıqlar dəyişsə də, Bakı əvvəlki kimi yenə də böyük əhəmiyyət kəsb edir”.

Bu məqalə Amerikanın “Forbs” jurnalı tərəfindən “Azərbaycan nəyə görə ABŞ üçün bu qədər əhəmiyyətlidir?” başlığı altında dərc edilib.


Teqlər:  





Xəbər lenti