Azərbaycanın boşanmış müğənniləri...

Azərbaycanın boşanmış müğənniləri...
  07 Oktyabr 2015    Oxunub:18842
Şou-biznes əhlinin şəxsi həyatı cəmiyyətdə mütəmadi olaraq müzakirə olunan mövzulardan biridir.
Trend bu dəfə şou aləminin boşanmış isimlərini araşdırmağa çalışıb.

Araşdırma nəticəsində məlum olub ki:

Faiq Ağayev bir dəfə evli olub. 11 il öncə Nigar adlı xanımla ailə quran müğənninin evliliyi uzun çəkməyib. Cəmi iki il sonra həyat yoldaşı ilə yollarını ayıran F.Ağayev hazırda subaydır.

Abbas Bağırov da bir dəfə ailə həyatı qurub. Müğənninin ailə həyatı uğursuz olub və sonradan boşanıb. Uğursuz evlilikdən Afət adında qızı olan müğənni hazırda subaydır.

İzzət Bağırov iki dəfə ailə həyatı qurub. İkinci nikahdan üç övladı olan müğənninin iki uşağı əkizdir.

Zamiq Hüseynov bir dəfə evli olub. Altı il öncə Nigar adlı xanımla evliliyi bir neçə ay çəkib. Hazırda yolları ayrılan keçmiş cütlüklərin hər ikisi subaydır.

Elşad XoseOksana Rəsulova ər-arvad olublar. Cəmi bir neçə ay birgə yaşayan məşhurların hazırda hər ikisi subaydır.

Elza Seyidcahan bir dəfə ailəli olub. Onun bu nikahdan bir oğlu və bir qızı var.

Aygün Kazımova indiyə qədər nə az-nə çox, düz iki dəfə ərdə olub. 18 yaşında İlqar adlı şəxsə qoşulub qaçan müğənni ardınca Rza Quliyevlə rəsmi, Namiq Qaraçuxurlu ilə qeyri-rəsmi münasibətlərdə olub.

Nazpəri Dostəliyeva bir dəfə rəsmi nikahda olub. Keçmiş ərindən iki uşağı olan müğənni bundan sonra ailə qurmayıb.

Flora Kərimova üç dəfə ailə həyatı qurub. Sonuncu nikahdan Zümrüd adında qızı var. Qızı da anasının taleyini yaşayıb və onun da evliliyi uzun sürməyib.

Röya Ayxan bizneslə məşğul olduğu deyilən Anar Cəlilovla evli olsalar da, sonradan yollarını ayırıblar. Hazırda keçmiş cütlüyün Hüseyn adında oğlanları var.

Şou əhlinin Tolik kimi tanıdığı prodüser Tarix Əliyev də bir dəfə evli olub və boşanıb.

Kərim Abbasov prodüser Təranə Səmədova ilə ailə qursa da, cütlüklər qalmaqallı şəkildə ayrılıblar.

Qədir Məmmədov iki dəfə ailə həyatı yaşayıb. Onun birinci evlilikdən üç qızı, ikinci evlilikdən isə bir qızı, bir oğlu var.

Niyaməddin Musayev bir neçə dəfə ailə quran sənətçilərdəndir. Deyilənə görə, müğənni birinci övladlarının anasını analıq hüququndan məhrum edib.

Xalq artisti Ağadadaş Ağayev iki dəfə rəsmi nikahda olub.

Rəqsanə İsmayılova bir dəfə rəsmi ailəli olub və həmin evlilikdən bir qızı dünyaya gəlib. Rəqsanə məhz boşanandan sonra şou-biznesə üz tutub. Sonradan sevdiyi şəxslə qeyri-rəsmi birlikdə yaşayan Rəqsanənin bu yaxınlarda bir qızı dünyaya gəlib. Lakin müğənni hazırda nə birinci, nə də ikinci qızının atası ilə deyil, sevdiyi başqa bir insanla birlikdədir.

Zülfiyyə Xanbabayeva indiyə qədər iki nikaha daxil olub və ikinci nikahdan bir qızı var.

Tünzalə Ağayeva bir dəfə nikahda olub. Yeganə evliliyindən bir qızı olan müğənninin o zamandan bəri heç kimlə rəsmi və qeyri-rəsmi münasibəti olmadığı deyilir.

Xumar Qədimova bir dəfə ailəli olub və bu nikahdan bir oğlu var.

Nura Suri isə rəsmi olaraq üç dəfə ərdə olub. İkinci evlilikdən iki oğlu, üçüncü evlilikdən isə bir oğlu dünyaya gəlib.


Teqlər:  





Xəbər lenti