Filmlərimiz beynəlxalq festivalda mükafat qazandı
“Axınla aşağı” filminin rejissoru Asif Rüstəmov, “Nabat” filmində baş rolu canlandıran aktrisa Fatimə Motamed-Arya, “Azərbaycanfilm” kinostudiyasının direktoru, ssenarist və kinoprodüsser Müşfiq Hətəmov və kinostudiyanın əməkdaşları da festivalda iştirak ediblər.
Xatırladaq ki, Mərkəzi və Şərqi Avropa ölkələrinin, eləcə də Türkiyə və Qafqaz regionunun kino sənayesinin istehsalı olan ən yaxşı filmlərin nümayiş olunduğu “LET´S CEE” beynəlxalq film festivalı, eyni zamanda film istehsalçıları, rejissor və aktyorlar üçün təcrübə mübadiləsi və yeni əməkdaşlıqların qurulması baxımından mühüm platformadır. Yüzdən artıq ekran əsərinin yer aldığı festival öz proqramı və təklif etdiyi filmlərin mövzu zənginliyi ilə qısa zamanda yüksək nüfuz əldə edib.
Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və əməkdaşlığı sayəsində ölkəmiz artıq üçüncü ildir ki, bu beynəlxalq festivalda təmsil olunur. (Azertac)