N.Qaraçuxurlu toyunda bəzi dövlət məmurları iştirak etdiyinə görə, məclisi mediaya qapalı etdiyini bildirib.
Namiq açıqlamasında qadın və kişi məclisinin ayrı olacağını, sənət dostlarından bəzilərini məclisinə dəvət edəcəyini söyləyib:
“Sənət dostlarımdan bəzilərini toya çağırmayacam. Neçə ildir sənətdəyəm. Əksəriyyətinin xoş günündə iştirak etmişəm. Eləsi var ki, toyuna çağırmayıb. Onları mən də dəvət etməyəcəm. Toydan sonra bal ayına gedəcəm. Bu yay dincəlməmişəm. Bir neçə isti ölkəyə gedəcəm”.