Qəbələdə qeyri-adi təbiət hadisəsi - (VİDEO)
Bağda alma ağaclarından biri payız fəsli olmasına baxmayaraq yenidən çiçəkləyib. İlk dəfə bu cür hadisə ilə qarşılaşan təsərrüfatçı bildirir ki, bunu havaların son günlər dəyişkən olması ilə əlaqələndirmək olar. Bir tərəfdən saralıb tökülən yarpaqlar, digər tərəfdən çiçəkləyən ağac.
Bu təbiət hadisəsi kənd sakinlərinin də marağına səbəb olub. Yaşlı sakinlərin sözlərinə görə, bu təbiət hadisəsi nadir hallarda baş verir. Əsasən də payız fəslində temperaturun iqlim normasından yüksək olması bəzi ağaclarda yenidən oyanışa səbəb olub. (Kanal S / Region TV)