Azərbaycanda qoyulan gülməli adlar: Xiyar, Namus, Məmiş, Gilas...

Azərbaycanda qoyulan gülməli adlar: Xiyar, Namus, Məmiş, Gilas...
  19 Noyabr 2015    Oxunub:78481
Bir vaxtlar yeni doğulan körpələrə Həmişəxanım, Komsomol, Gilas, Kombayn, Meyxoş, Afina, Cinayət, Dayandur, Təşkilat, Qutu kimi adlarının qoyulması normal hal hesab olunurdusa, indi bu adlar cəmiyyətdə gülünc obyektinə çevrilir.

Rəsmi qurumlar tərəfindən valideynlərə dəfələrlə xəbərdarlıq olunsa da uşaqlara gülünc doğuran, qeyri-adi adların qoyulması halında indi də rast gəlinir.

Ədliyyə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, bu il yeni doğulan 5 oğlan uşağına Siyasət, 6 nəfərə Artyom, Ənəs, 4 oğlana Meydan , Vətən, Şikar, 3 nəfərə Məharət, Nəzir adı qoyulub.

Bundan əlavə nə qədər gülməli görünsə də, yeni doğulan iki oğlan uşağına Namus, iki nəfərə Mərifət, 2 nəfərə Məmiş, 2 nəfərə İnşalla, 2 nəfərə Güvən, 2 nəfərə Ada, 2 nəfərə Abi, 2 nəfərə Ağaş, 2 nəfərə Baxşeyiş, 2 nəfərə Təbib, 2 nəfərə Taha, 2 nəfərə Təmkin, 2 nəfərə Səyahət, 2 nəfərə Rahat adı qoyulub.

Bu il uşaqlara qoyulan adlar içərisində dini adlar üstünlük təşkil edir. Lakin bir sıra adlar da var ki, tələffüzü gülüş doğurur.

Belə ki, 2015-ci ildə doğualn bir oğlan uşağına Ömrüm, bir nəfərə Okean, bir nəfərə Ömə, bir nəfər Özəl, bir nəfərə Qılınc adı verilib.

Qız uşaqlarına da qeyri-adi adların verilməsi halı aşkar olunub. Belə ki, bu il 6 qıza Ömrə, 6 nəfərə Asena, 7 nəfərə Havin, 7 nəfərə Arza, 4 nəfərə Ölü, 4 nəfərə Qəribə, 4 nəfərə Mesed, 4 nəfərə Mərifət, 4 nəfərə Tacirə, 4 nəfərə Mariami, 3 nəfərə Esnad, 3 nəfərə Saimat, 3 nəfər Həkiməxanım, 3 nəfərə Leysan, 3 nəfərə Manya, 3 nəfərə Maidə, 3 nəfərə Kimyə, 3 nəfərə Biçə adı qoyulub.

Bu cür adlar sırasına Gəncədə 2013-cü ilin son statistikasına aid olan Diləndər, Xiyar, Xiyarə və Fındıq kimi müraciətləri də daxil etmək olar.

2015-ci ildə 2 nəfər yeni doğulmuş qıza Cəlalət, Afərim, Alimə, Alfiya, Ani, Ana, Arəstə, Anora, Lumuxanım, Hüma, Həla, Həlilə, Gilas, Evelina, Faya, Sauda, Sinay, Şüşəxanım, Səlbi, Sevim, Serenay, Səudə, Mülayim, Mixək, Mötəbər, Narxanım, Mərməz, Nobat, Qayd, Özcan, Olivia, Xurma adı qoyulub.

Bu il yeni doğulan qız uşaqlarına verilən qəribə adlar siyahısında Zita, Azra, Yaxşı, Zarafət, Xınalı, Xoşaləm, Xəsə, Tükdəm, Tona, Tövrüz, Təslimə, Teona, Tərbiyə, Tara, Tasmia Manha, Tellər, Umukus, Ümüküs, Vakidə, Ömrü, Üfaqət, Oruc, Oğlanağa, Parlaq, Ramazan, Radxa, Qiymaxanım, Rabitə, Qüdrətnaz, Qvansa, Nini, Nəsiyyət, Məşək, Maygül, Məftilə, Məkkə, Narı, Şura, Sinə, Lumu, Mafiya adlar da var.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti