Azərbaycan “Eurovision-2016”ya qatılacaq

Azərbaycan “Eurovision-2016”ya qatılacaq
  29 Noyabr 2015    Oxunub:2718
43 ölkənin nümayəndəsi İsveçdə keçiriləcək "Eurovision-2016" mahnı müsabiqəsinin iştirakçısı olacaq.
AzVision.az report-a istinadən xəbər verir ki, bu barədə beynəlxalq mahnı müsabiqəsinin rəsmi saytında məlumat yerləşdirilib.

Ölkələr sırasında Azərbaycanın da adı var. Yarışmada aşağıdakı ölkələrin təmsilçiləri iştirak edəcəklər:

Albaniya, Avstraliya, Avstriya, Azərbaycan, Belarus, Belçika, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Makedoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, İrlandiya, İslandiya, İsrail, İtaliya, Latviya, Litva, Malta, Moldova, Montoneqro, Niderland, Norveç, Polşa, Rumıniya, Rusiya, San-Marino, Serbiya, Sloveniya, İspaniya, İsveçrə, İsveç, Ukrayna, Böyük Britaniya və Ermənistan.

Siyahıya baxdıqda bir illik fasilədən sonra Ukraynanın müsabiqəyə qayıtdığını görmək olar. Sonuncu dəfə 2012-ci ildə yarışda iştirak edən Bosniya və Herseqovina da gələn il müsabiqəyə iştirakçı göndərəcək. Mahnı müsabiqəsində ötən il debüt edən Avstraliya da, təmsil olunacaq.

Əvəzində isə Türkiyə və Portuqaliya mahnı forumunda iştirakdan imtina edib.

İsveç Vyanada Mons Zelmerlyevin qələbə qazanmasından sonra müsabiqəni keçirmək hüququna yiyələnib. İfaçı "Heroes" bəstəsi ilə (365 xal) qalib olub.

Həmçinin bildirilir ki, artıq yarışın biletləri bir neçə gündür satışa çıxarılıb.


Teqlər:





Xəbər lenti