Hitlerin danışan itləri – TARİXİ ARAŞDIRMA

Hitlerin danışan itləri – TARİXİ ARAŞDIRMA
  06 Yanvar 2016    Oxunub:26240
Nasist Almaniyasında gizli bir proqram vardı. Həmin proqram ovçarka cinsindən olan itlərə danışmağı öyrədib, onlardan II Dünya Müharibəsində, xüsusi hərbi əməliyyatlarda istifadə olunmasını nəzərdə tuturdu. İtlərə sevgisi ilə fərqlənən Hitler, danışmaq və oxumağı öyrənən köpəklər üçün xüsusi tipli məktəbin yaradılmasını istəmişdi.

1930-cu ildə Almaniyanın Hannover şəhərində “Tier-Sprachschule ASRA" adlı xüsusi təyinatlı bir məktəb yaradıldı. Orada itlərə oxumaq və danışmağı öyrətməyə başladılar. Bu məktəbin ən yaxşı “şagirdi” Rolf adlı it idi. Rolfun "Mein Führer" (Mayn Fürer - Mənim Rəhbərim) ifadəsini işlətdiyi layihə ilə bağlı gizli sənədlərdə qeyd olunur.

Böyük Britaniyanın Kardiff Universitetinin professoru Jan Bondeson tədqiqatlarında yazır ki, Nasional Sosialistlərin hakimiyyəti dönəmidə bütün Almaniyadakı bacarıqlı, istedadlı itləri bir mərkəzə toplayaraq, onlara təlim keçirdilər. Adolf Hitler insan qədər ağıllı olduqlarına inandığı bu canlıların nasist hərbçilərilə birbaşa ünsiyyət qura biləcəyinə çox inanırdı.

Arxiv sənədlərinə görə, məktəbin ən qabiliyyətli “şagirdi” olan Rolf sözləri və rəqəmləri saymağı bacarırdı. Sənədlərdə qeyd olunub ki, “vətəninini çox sevən” Rolf Fransızlara nifrət etdiyi üçün orduya qatılmaq istədiyini də dilə gətirmişdi.

Məktəbin digər bacarıqlı itinin adı isə Don idi. Don insanı yamsılayaraq, tez-tez "acıdım, mənə şirniyyat verin" söyləyirmiş.

Bir faktı qeyd etmək lazımdır ki, 1920-ci ildə Almaniyada hədsiz çox sayda heyvan psixoloqu vardı. Bu sahəyə cəlb edilmiş alman müttəxəsislər itlərin insanlar qədər ağıllı və ünsiyyət qurma xarakterinə sahib olduqlarına çox inanırdılar. Almanlar yəhudiləri həbs edəndə onlara məxsus olan itləri toplayırdılar. Bütün bunlar III Reyx rəhbərinin itlərə nə qədər böyük önəm verdiyinin göstərir. Öyrədilmiş bütün köpəklərdən gələcəkdə “SS”-çilərlə birgə hərbi işlərdə çalışmaq, eləcə də əsir düşərgələrinin qorunmasında istifadə olunacaqdı.

Əsl köpək vurğunu olan Adolf Hitlerin Blondi və Bella adlı 2 alman çoban iti olduğu hər kəsə məlumdur. Hitler 1945-ci ildə bunkerində intihar etmədən öncə Blondini şəxsən özü öldürmüşdü.

Diqqət çəkən məqamlardan biri də Adolf Hitlerin heyvanlar haqqında söylədiyi məşhur ifadədir: "Necə olursa-olsun, heyvanlara verilən əzab məni çox üzür. Onların da bu gözəl dünyada rahat yaşamaq haqqı var".

Fərrux Həsənov
AzVision.az


Teqlər:  





Xəbər lenti