İlk sərnişin dronu - Qiyməti 200 min

İlk sərnişin dronu - Qiyməti 200 min
  09 Yanvar 2016    Oxunub:4634
Bu il Las Veqasda keçirilən Məişət Elektronikası Sərgisində ilk dəfə olaraq “Ehanq” 184 adlı sərnişin dronu nümayiş olunub.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, dronun içərisində onu idarə etmək üçün heç bir düymə yoxdur. Pilotsuz uçan aparat tamamilə avtonom rejimdə çalışır. Belə ki, gedə biləcək yerin koordinatları əvvəlcədən proqrama daxil edilir. Bortda yalnız “Uçuş və “Eniş” düymələri mövcuddur.

İlk sərnişin dronu ilə 3000 metrdən çox hündürlüyə qalxmaq olur. Standard sürət saatda 100 km, kruiz sürəti isə saatda 38 km yaxındır. Dron 8 pərli multi-rotor sistemi ilə təchiz olunduğundan, qəza halında belə sərnişini təhlükəsiz şəkildə yerə çatdıra billir. Bu sərnişin dronunun 200 min dollardan başlayan qiymətlə satılacağı bildirilir.

İlkin Nəcəfzadə


Teqlər:  





Xəbər lenti