Zəlimxan Yaqubla Bəhmən Vətənoğlunun deyişməsi - Şairin xatirəsinə

Zəlimxan Yaqubla Bəhmən Vətənoğlunun deyişməsi - Şairin xatirəsinə
  09 Yanvar 2016    Oxunub:33964
Bəhmən Vətənoğlu:

Ay Zəlimxan, yaman kövrək olmuşam,
Səhər- səhər meh də dəyir xətrimə.
Bezikmişəm suların da səsindən,
Çəmənlikdə şeh də dəyir xətrimə.

Neçə dəfə alovlanıb, sönmüşəm,
Uсalıqdan qoсalığa enmişəm.
Qəlbi kövrək bir uşağa dönmuşəm,
Eh də dəyir, beh də dəyir xətrimə.

Bəhmanam, olmuşam quruca bir səs,
Daha hec bir şeyə qalmayıb həvəs.
Səbir gətirərsə yanimda bir kəs,
Cüt də dəyir, tək də dəyir xətrimə.

Zəlimxan Yaqub:

Bəhman, hədələrdən qorunmaq üçün,
Yarağın yoxdusa, yaraq göndərim.
Dərdini deməyə dərd bilən qələm,
Şerini yazmağa varaq göndərim.

Qoşun bil özünu, təkləmə qardaş,
Urəyi bu qədər yukləmə qardaş,
Qəlbini qəm ustə kokləmə qardaş,
Lazımsa eşqimi dayaq göndərim.

Cam olum içməyə, camın yoxdusa,
Tam olum dadmağa, tamın yoxdusa.
Gecə yandırmağa şamın yoxdusa,
Bu iki gözümü çıraq göndərim.

Ellərə doğmadır şairin səsi,
Mən necə sevməyim, el sevən kəsi ?
Geniş aç qapını, ay ev yiyəsi,
Şair Zəlimxanı, qonaq göndərim.


Teqlər:  





Xəbər lenti