Azərbaycanlı yazarın əsəri Rumın səhnəsində

Azərbaycanlı yazarın əsəri Rumın səhnəsində
  19 Yanvar 2016    Oxunub:2977
Rumıniyanın Krayova Universiteti və Krayova “Marin Soresku” Milli Teatrının birlikdə keçirdiyi “Krayova Dram 2016” beynəlxalq dram müsabiqəsinin nəticələri elan edilib.

Qaliblər arasında yazar Jalə İsmayıl da var. O, “Oxşar” pyesilə müsabiqənin Birinci mükafatına layiq görülüb.

Rumıniya, Moldova, Fransa kimi ölkələrdən 47 yazarın 68 əsəri arasından aşağıdakı qaliblər seçilib. Üçüncü yer Andrey Ursu (“Dünyanın sonu belə”, Rumıniya), ikinci yer Sorin Petresku (“Amerikan dəvəsi”, Rumıniya).

Müsabiqənin Böyük Mükafatına Rumıniyadan “Qoca və evtanaziya” əsərilə İonel Buşe layiq görülüb. Böyük Mükafatı qazanmış əsər “Marin Soresku” Milli Teatrında tamaşaya qoyulacaq.

I yeri tutmuş əsərə Krayova Universitetinin “Aktyor sənəti” emalatxanasının aktyor və tələbələri tərəfindən səhnə həyatı veriləcək. II yer radio tamaşası kimi hazırlanacaq. III yer “Marin Soresku” Milli Teatrında oxu-tamaşa olaraq reallaşdırılacaq. Bütün əsərlər 2016-cı ildə tamaşaçılarla görüşdürüləcək.

Eyni zamanda bu ilin aprel ayında qısa siyahıya düşmüş bütün əsərlər kitab kimi çap olunacaq.


Teqlər:  





Xəbər lenti