Təsdiqləndi: CİA direktorunun poçtunu 16 yaşlı uşaq `sındırıbmış` - VİDEO
AzVision.az xəbər verir ki, `Cracka` ləqəbli haker özü günahını dansa da, polis bu əməli onun törətdiyini təsdiqləyib.
Məlum olub ki, CİA-in direktorunun və onun xanımının həm şəxsi, həm də iş yazışmalarını ələ keçirən gənc haker materialları `Vikiliks` saytına göndəribmiş.
Güman edilir ki, adı açıqlanmayan haker “Crackas with Attitude” haker qrupunun üzvüdür. Brennandan sonra onlar ABŞ milli kəşfiyatının direktoru Ceyms Klepperin, ABŞ Milli Təhlükəsizlik naziri Cey Consonun, ABŞ prezidentinin elm və texnika üzrə məsləhətçisi Con Holdrenin poçtunu da sındıra biliblər.
AzVision.az
AzVision.az