Kvanç dul qadınla evləndi - Anası toya gəlmədi

Kvanç dul qadınla evləndi - Anası toya gəlmədi
  20 Fevral 2016    Oxunub:26007
Türkiyənin məşhur aktyoru Kvanç Tatlıtuğ nəhayət ki, subaylığın daşını atıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, akyor iki ildir münasibətdə olduğu sevgilisi, stilist Başak Dizerlə Fransada ailə həyatı qurub.

Nikah mərasimi Türkiyənin Parisdə yerləşən Baş Konsulluğunda keçirilib.

Toyda iştirak edən qonaqlar arasında aktyorun anası Nurten Tatlıtuğun olmaması hər kəsin diqqətini çəkib. Bildirilib ki, bəyin anası müəyyən səbəblərə görə Parisə gələ bilməyib, amma toy mərasimini 3G texnologiyası ilə canlı olaraq izləyib.

Cütlük toy mərasimlərinə dəvət etdikləri qonaqları dörd gün Parisdə qonaq edəcək.

Qeyd edək ki, Başak Dizer artıq bir dəfə evli olub. O, bir müddət öncə keçmiş həyat yoldaşı Oren Fransezdən boşanıb və K. Tatlıtuğla tanış olub.

Hafiz Əhmədov
AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti