AzVision.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir ki, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 500 kv.m olan (hər mərtəbəsi 250 kv.m) ikimərtəbəli 6 otaqlı evin 1-ci mərtəbəsinin dəhlizində quraşdırılmış rəf, dəhlizin tavanı 5 kv.m sahədə, 2-ci mərtəbəsində bir otağın döşəməsi 2 kv.m sahədə yanmış və yüksək temperaturdan 1-ci mərtəbədə yerləşən mətbəxin lambirdən ibarət tavanı 7 kv.m sahədə əriyib.
Yanğın zamanı xəsarət alan olub, bir nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 16:06-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
AzVision.az