Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
Gəlin də, gəlini gətirənlər də hamısı yük maşınındadır. Toy karvanı yük maşınlarından ibarətdir. Görənləri təəccübləndirən toy Tərtərdə olub.
Çoxları gəlin gətirməyə bahalı və lüks avtomobil axtarışında olsa da Orxan Səfərli bu iş üçün öz "çörək ağacı" saydığı yük avtomobilini seçib. Bu işdə ona 35 illik yük maşını sürücüsü atası Sultan Səfərov və peşə yoldaşları dəstək verib.
Bunun üçün onlar əvvəlcə gəlin maşınını başdan ayağa bəzəyiblər. Avtomobili 26 yaşlı bəy özü sürüb. Digər 15 yük maşını ilə birlikdə Sarıcalı kəndindən Tərtər şəhərinə gəlin gətiriblər.
Bu anlar gəlin Arzu Səfərli üçün də unudulmaz olub. Yük avtomobillərindən ibarət toy karvanı Tərtər küçələrində xeyli marağa səbəb olub. Qohumları və dost - tanışları cütlüyə xoşbəxtlik arzulayıblar. (Xəzər tv)
Teqlər: