Sarkisyan İrəvanda Qarabağı müzakirə etdi

 Sarkisyan İrəvanda Qarabağı müzakirə etdi
  11 May 2016    Oxunub:2818
Ermənistan prezidenti Serj Sarkisyan Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Gerbert Zalber ilə İrəvanda keçirdiyi görüşdə Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyəti müzakirə edib.
Ermənistan prezidentinin mətbuat xidmətinin yaydığı məlumata əsasən, görüşdə atəşkəs rejiminin pozulması hallarının araşdırılmasının və etimadın möhkəmləndirilməsi üzrə tədbirlərin görülməsinin vacibliyi qeyd olunub.

Tərəflər qeyd ediblər ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına alternativ yoxdur.

AzVision.az


Teqlər:  





Xəbər lenti