Aİ-dən Qarabağ açıqlaması: `Günahkar cəzalandırılmaldır`

Aİ-dən Qarabağ açıqlaması: `Günahkar cəzalandırılmaldır`
  11 May 2016    Oxunub:2228
Bütün zorakılıqları qınamaq, günahkarları isə məsuliyyət cəlb etmək lazımdır.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Gerbert Zalber bildirib.

Jurnalistlərin `Dağlıq Qarabağa niyə səfər etmirsiniz` sualına cavab olaraq Zalber bildirib ki, o bölgəyə səfər etməyi çox istəyərdi, lakin kooperativ təhlükəsizliyin beynəlxalq prinsipləri bununla bağlı razılaşmaların olmasını tələb edir.

Cəbhədə dinc əhaliyə qarşı zorakılıq hallarının olması barədə suala isə Zalber belə cavab verib: “Bu məsələ ilə bağlı müxtəlif tərəflərdən ittihamlar səsləndirilir. Bir şey aydındır. Biz bu cür zorakılıq hallarını pisləyirik”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti