ABŞ-da qanlı olay: Ölən və yaralılar var

ABŞ-da qanlı olay: Ölən və yaralılar var
  11 May 2016    Oxunub:3271
ABŞ-ın Massaçusets ştatında cinayətkar iki nəfəri bıçaqlayaraq öldürüb, daha iki nəfəri isə yaralayıb.
AzVision.az “Sky News”-a istinadən xəbər verir ki, həmin şəxs hadisə yerində olan polis tərəfindən güllələnib.

Hadisə Boston şəhərindən 30 kilometr cənubda yerləşən Tonton şəhərində baş verib. Cinayətkar öncə evinin yaxınlığında gəzən iki nəfəri bıçaqlayıb, daha sonra öz avtomobili ilə “Silver City Galleria” ticarət mərkəzinin binasına çırpılıb və iki nəfəri yaralayıb.

Cinayətkar polis tərəfindən zərərsizləşdirilib. Yaralılar xəstəxanaya çatdırılıb, onların vəziyyəti barədə məlumat bilinmir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti