Klinton yenə uduzdu - Tramp prezidentliyin bir addımlığında

Klinton yenə uduzdu - Tramp prezidentliyin bir addımlığında
  11 May 2016    Oxunub:2143
ABŞ-da Demokratlar Partiyasından prezidentliyə namizəd Berni Sanders Qərbi Virciniya ştatında keçirilən ilkin seçkilərdə qalib gəlib.
Bu barədə AzVision.az “CBS News”-a istinadən xəbər verir.

Sanders seçkilərdə seçicilərin 51 faiz səsin toplayıb. Onun əsas rəqibi sabiq dövlət katibi Hilari Klinton isə 36 faiz toplaya bilib.

Qərbi Virciniya, o cümlədən Nebraska ştatlarında Respublikaçılar Partiyasının ilkin seçkiləri keçirilib. Bu seçkilərdə partiyanın yeganə namizədi Donald tramp qalib gəlib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti