Bakıda İran kino həftəsi keçiriləcək

Bakıda İran kino həftəsi keçiriləcək
  11 May 2016    Oxunub:1369
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Mədəniyyət Mərkəzinin və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə İran kino həftəsi keçiriləcək.
Bu barədə İran səfirliyindən AzVision.az-a daxil olan məlumatda bildirib.

Məlumata əsasən açılış mərasimi mayın 14-də saat 18:00-da Nizami Kino Mərkəzində təşkil olunacaq.
Bakıda İran kino həftəsi çərçivəsində mayın 14-də “143-cü çuxur”, mayın 15-də “Bir dişləm qənd”, mayın 16-da “Bu gün”, mayın 17-də “Nəqqaşlıq hovuzu” filmləri Nizami Kino Mərkəzində 19:00-da nümayiş olunacaq.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti