Erməni baş nazir: `Hələlik `DQR`-ı tanımağa ehtiyac yoxdur`

Erməni baş nazir: `Hələlik `DQR`-ı tanımağa ehtiyac yoxdur`
  11 May 2016    Oxunub:2334
Ermənistan və qondarma “Dağlıq Qarabağ Respublikası” (DQR) arasında qarşılıqlı hərbi kömək haqqında razılaşma hazırlıq mərhələsindədir.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Ovik Abramyan bildirib.

“DQR-nin tanınması” ehtimalı barədə sualı Abramyan belə cavablandırıb: “Ermənistan prezidenti bu məsələ ilə bağlı öz mövqeyini aydın şəkildə ifadə edib. Əgər təxribatlar və müharibə davam etsə, onda biz bu addımı atmağa məcbur olacağıq. Hələlik buna ehtiyac yoxdur”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti