ABŞ-dan ermənilərin kimyəvi silah işlətməsinə reaksiya

ABŞ-dan ermənilərin kimyəvi silah işlətməsinə reaksiya
  11 May 2016    Oxunub:3527
“Dağlıq Qarabağ münaqişəsindəki mövcud vəziyyət ABŞ və digər ölkələri narahat edir”.
AzVision.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib. Onun sözlərinə görə, münaqişə tərəflərini yenidən bir araya gələrək hərtərəfli sülh sazişi istiqamətində danışıqlar aparmağa çağırırıq.

“Hesab edirik ki, bu, vacibdir. Minsk Qrupunun həmsədr ölkələri buna görə çox səylə çalışırlar ki, tərəfləri yenidən danışıqlara cəlb etsinlər və qeyd etdiyimiz hərtərəfli sülh danışıqları istiqamətində danışıqlar aparsınlar. Tərəflərin atəşkəs rejiminə ciddi riayət etməsi və hərtərəfli sülh sazişi üzərində işləməsi vacibdir.

Biz etiraf etməliyik ki, münaqişənin hərbi yolla həlli yoxdur, buna görə də, istər Minsk Qrupu çərçivəsində, istərsə də dövlət katibimiz Con Kerri tərəfindən ikitərəfli şəkildə münaqişənin sülh yolu ilə nizamlanması üçün səylərimizi davam etdiririk”.

Robert Sekuta həmçinin Ermənistanın fosfor bombalarından istifadə etmə faktını və İrəvanın nüvə silahının yaradılması haqqında bəyanatını da şərh edib:

“ABŞ kütləvi qırğın silahlarının yayılması və tətbiqinin qəti əleyhinədir, o cümlədən də nüvə silahının. 31 mart-1 aprel tarixində ABŞ-da keçirilmiş nüvə sammitində həm Prezident İlham Əliyev, həm də Serj Sarkisyan iştirak edib. Bu sammitdə ABŞ Prezidenti Barak Obamanın diqqət ayırdığı əsas məqam nüvə silahlarının yayılmasının qarşısının alınması idi. Sammitdəki mövqeyimiz bir daha göstərir ki, biz harada olmasına baxmayaraq, nüvə silahının tətbiqinin əleyhinəyik. Bu bizim rəsmi mövqeyimizdir".

AzVision.az


Teqlər:  





Xəbər lenti