Bağdadda dəhşətli terror – 64 ölü, 87 yaralı

Bağdadda dəhşətli terror – 64 ölü, 87 yaralı
  11 May 2016    Oxunub:2034
İraqın paytaxtı Bağdadda dəhşətli terror aktı törədilib.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, paytaxtın şimal-şərqində törədilən partlayış nəticəsində 64 nəfər ölüb, 87 nəfər isə yaralanıb.

Partlayış şiələrin kompakt yaşadığı Madinat-əs-Sədr rayonundakı bazarda törədilib. Terror aktına görə İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatı məsuliyyəti öz üzərinə götürüb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti