Ərdoğan qəzəbləndi: `Alçaqlar...`

Ərdoğan qəzəbləndi: `Alçaqlar...`
  11 May 2016    Oxunub:2427
“İŞİD-in əlində olan silahların hansı dövlətlərə aid olduğunu bilirik”.
AzVision.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O, qeyd edib ki, rəsmi Ankara ölkə sərhədlərindən kənarda olan ərazilərin terror qruplaşmalarının sığınacağına çevrilməsinə qarşı zəruri addımlar atmaqda qərarlıdır:

“İŞİD-ə ən böyük zərbələri məhz Türkiyə vurub. Belə bir ölkə İŞİD-ə necə dəstək verə bilər? Bir çox dost ölkəyə “bu silahları ora göndərməyin” xəbərdarlığını etdik. Çünki, həmin silahların yarısı İŞİD-ə, yarısı PYD-yə çatdı. Bu problemi təməlindən həll etmək lazımdır, yoxsa bölgəyə sabitlik gəlməyəcək.

İŞİD-lə mübarizə məsələsində digər dövlətlər heç bir addım atmayaraq və kəşfiyyat məlumatlarını paylaşmayaraq hər şeyi Türkiyənin etməsini gözləyib. Bu məsələdə əsassız ittihamlara məruz qaldıq. Türkiyəni İŞİD-ə yardım edən dövlət kimi göstərmək istəyən alçaqlar da vardı.

Təəssüf ki, bu gün beynəlxalq təşkilatların 1990-cı illərdəki acı təcrübələrdən dərs almadığını görürük. Qonşumuz Suriya başda olmaqla, bölgədə baş verənlər bunun təzahürüdür. Təxminən 600 min insanın ölməsinə rəğmən lazımi addımlar atılmayıb. İraq, Yəmən, Ukrayna məsələlərində ümidverici addımlar atılmır. Köç problemi daha çox insanı öz təsiri altına alacaq şəkildə genişlənir”.

Ərdoğan deyib ki, Suriya məsələsi çoxdan regional problem olmaqdan çıxaraq qlobal təhdid halına gəlib:

“Damdan düşənin vəziyyətini damdan düşən anlıyar. 3 milyon Suriya və İraq vətəndaşlarına sahib çıxmışıq. Bizə bu yardımın qarşılığında pulun gələcəyini heç düşünmədik. Dövlət büdcəsindən qaçqınların saxlanılması üçün 10 milyard dollar xərcləmişik. Digər xərclərlə yanaşı bu vəsait 20 milyard dollara çatıb. Qərb isə “verək, yoxsa vermiyək(Red-Türkiyəyə 3 milyard pul ayırmalı idi). Köçün qarşısı necə alınacaq?” fikirlərşir. Lakin biz bu cür düşünmürük. Bu şəxslərin ehtiyaclarını ödəyən zaman 1 qəpiyin belə hesabını etməməişik”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti