`Danışıqlar ilkin şərt olmadan başlamalıdır` - Uorlik

`Danışıqlar ilkin şərt olmadan başlamalıdır` - Uorlik
  11 May 2016    Oxunub:1623
Bir neçə il əvvəl danışıqların aparıldığı element və prinsiplər Qarabağ münaqişənin sülh yolu ilə həll üçün əsas rol oynayacaq.
AzVision.az Ermənistanın “Aykakan Jamanak” qəzetinə istinadən xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Cemys Uorlik bəyan edib.

Uorlik danışıqların tezliklə başlanılacağına ümid etdiyini bildirib: “Əgər danışıqlara ilkin şərtlər olmadan başlanılsa, onda bu prosesdə müvəffəqiyyətə nail olmaq olar”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti