Gürcüstana NATO qoşunları yerləşdirilir

Gürcüstana NATO qoşunları yerləşdirilir
  11 May 2016    Oxunub:1937
Gürcüstanda NATO-nun daimi qoşun hissəsi yerləşdiriləcək.
AzVision.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri Tina Xideişvili deyib.

Onun sözlərinə görə həmin dəstə mayın 13-dən başlayan “Noble Partner – 2016” hərbi təlimlərindən sonra ölkə ərazisinə yerləşdiriləcək: “Məhz bu təlimlərin bitməsindən sonra Gürcüstanda NATO çevik operativ reaksiya qüvvələrinin sertifikatlamış dəstəsi yerləşdiriləcək. Bu NATO nişanları daşıyacaq ilk rəsmi dəstə olacaq”.

Gürcüstanda 11-26 may tarixlərində Vaziani hərbi bazasında “Yüksək səviyyədə əməkdaşlıq” birgə təlimləri keçirilir. Təlimlərdə təxminən 1300 Gürcüstan, ABŞ və Böyük Britaniya hərbçinin iştirak edir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti