Varisin yeni romanının imza günü keçiriləcək

Varisin yeni romanının imza günü keçiriləcək
  03 İyun 2016    Oxunub:2178
İyun ayının 4-də, saat 14.00-də «Park Bulvar» AVM-də yazıçı Varisin Azərbaycanda işıq üzü görən sayca 10-cu kitabının – «Üçbucağ»ın imza günü keçiriləcək.

«Üçbucaq» - yarımçıqlıqlar barədə bir romandır. Get-gedə havası, suyu, çörəyi, yuxusu, düşüncəsi yarımçıqlaşdıqca qəhrəmanların xarakteri, mənəviyyatı, insanlığı da bu basqını hiss etməkdədir. Onlar üçün bütöv ola bilməmək faciəsini özləri ilə daşımaq çox ağrılı və ağırdır.

Romanda Şuşanın işğalı, bu işğalın cənnətməkan diyarın keçmiş sakinlərinin həyatına çəkdiyi çalın-çarpaz dağın heç vaxt çəkilməyəcək izləri də var. Eləcə də əzəli və əbədi sevgi də var. Ruhu cisimdən çəkib qopararaq hüdudsuzluğa aparan, cismi də cızdağı çıxa-çıxa yandırıb kül edən bir sevgi!

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan roman «Qanun» nəşriyyatında nəşr olunmuşdur.


Teqlər:





Xəbər lenti