Qoxuyan teatr deyil, onun haqqındakı fikirlərdir

Qoxuyan teatr deyil, onun haqqındakı fikirlərdir
  13 İyun 2016    Oxunub:4111
Anar Bürcəliyev
Teatrşünas

Zaman-zaman müasirləşən, dəyişən və inkişaf edən Azərbaycan teatrının bu gününü görmək üçün heç də kasad bir düşünçəyə malik olmaq lazım deyil. Əgər bu gün Azərbaycan teatr məkanında olan yenilikləri Orxan Bahadırsoy öz prizmatik baxışları ilə görə bilmirsə, buna adiləşən bir formada ançaq təəssüf demək lazımdır.

Bu günlərdə sputnik.az sayıtında Orxan Bahadırsoyun “Turşumuş çaxır qoxusa da bundan yaxşıdır ” adlı “cavabı” ilə tanış oldum. Əvvala deyim ki, elə iki romanı ilə Azərbaycan ədəbiyyatına böyük zərbə vuran Orxan Bahadırsoy bu gün inkişaf mexanizmlərini görə bilməz.

2012-ci ildə ədəbiyyata “Fahişə mələklər” romanı ilə gələn, 2014-cü ildə “Günahdır səni sevmək” romanı ilə Azərbaycanda homoseksuallıq və homofobiyanı geniş təbliğ edən bir şəxs bu gün Azərbaycan teatrının inkişaf mexanizmlərindən necə danışsın və bu uğurlardan necə bəhs etsin? Yəqin ki, həmdə bu fikirlər çox hörmətli Orxan Bahadırsoyun ürəyinə ona görə həkk olub ki, “Oda” teatrı ilə əməkdaşlıq edən zaman bu teatrın səhnəsində həm müəllifi, həm də rejissoru olduğu “Suriyalı” pyesinin tamaşasında oriental oynayan kişi obrazı böyük qalmaqalla yaddaşlara həkk olunmuşdur. Yoxsa çox hörmətli Orxan Bahadırsoy elə ançaq düşünür ki, bütün Azərbaycan teatr məkanlarında səhnəyə qoyulan pyeslər əxlaqdan uzaq, eynicinsin bir-biri ilə əlaqələrini acıb nümayiş etdirən pyeslər olmalıdır və bununla da Avropalaşan, müasirləşən teatr ancaq budur?! Əgər bu düşüncə tərzi olmasaydı yəqin ki, Nüranə Dadaşovaya ünvanladığım cavab hörmətli Orxan Bahadırsoyu bu qədər narahat etməzdi. Yazılanları cəfəngiyyat adlandırmazdı.

Orxan Bahadırsoy yazır: “Anar Bürcəliyev öz yazısında bir sıra rejissorların adını çəkir və iddia edir ki, müasir Azərbaycan teatrı bu rejissorlar sayəsində yaşayır. Ya xəbəri yoxdur, ya da özünü bilməməzliyə vurur ki, sadaladığı rejissorların böyük qismi müasir Azərbaycan teatrını məhvə sürükləyən, onu gözdən salan, onu turşudan adamlardır”.

Hörmətli Orxan Bahadırsoy! Əvvala qeyd edim ki, öz sələflərinə qarşı bu qədər haqsızlıq və hörmətsizlik olmaz. Bu gün Azərbaycan teatr məkanında Ədil İsgəndərov, Mehdi Məmmədov, Tofik Kazımov, Ağəli Dadaşov, Şəmsi Bədəlbəyli, İsmayıl Əfəndiyev, Hüseyn Sultanov, Nəsir Sadıqzadə, Məhərrəm Haşımov, Əşrəf Quliyev, Ağakişi Kazımov, Güləhmədova, Vəli Babayev, Mərahim Fərzəlibəyov, Hüseynağa Atakişiyev, Vaqif İbrahimoğlu, Azər Paşa Nemətov, Bəhram Osmanov, Bəxtiyar Xanızadə, Mehriban Ələkbərzadə, Cahangir Zeynalov, Əflatun Nemətzadə, Cənnət Səlimova, Vaqif Əsədov, Rövşən Almuradlı, Loğman Kərimov, İrana Tağızadə, Firudin Məhərrəmli, Vaqif Şərifov, Vaqif Abbasov, Yusif Bağırov, Həsən Ağayev, Hilal Həsənov, Zülfüqar Abbasov həmçinin bu rejissorların müasirləri olan Nicat Kazımov, Mikayıl Mikayılov, Namiq Ağayev, Gümrah Ömər, Tural Mustafayev, Mərdan Feyzullayev, Elvin Mirzəyev, Arif Ağayev, Rafik Atakişiyev, Şəmsi Şəmsizadə, Xəzər Gəncəli, İradə Gözəlova kimi rejissorlarımızın teatrlarımızda quruluş verdikləri maraqlı səhnə traktofkalarını dəyərləndirməmək mümkün deyil. Bu insanları Azərbaycan teatrını məhvə sürükləyən, onu gözdən salan, onu turşudan adamlar adlandırmaq ədəbsizlikdir. Çünki bu rejissorlarımızın öz sözü, öz cəkisi və öz dəsti-xətti var.

Orxan Bahadırsoy yazır : “Anar Bürcəliyev bu yazısı ilə lətifəni şifahi xalq ədəbiyyatından çıxarıb, yazılı ədəbiyyata gətirir. Zarafat bir yana, hörmətli teatrşünas bu yazdıqlarını haçan və harada görüb? Bu əttökən pafos nəyə və kimə lazımdır? Həqiqəti hamımız bilirik. Bəs Anar Bürcəliyev kimlərə yarınmaq üçün teatrımızın hal-hazırda zəngin, rəngarəng olduğunu, uğurlar qazandığını iddia edir?”

Maraqlıdır, görəsən Orxan Bahadırsoyun bildiyi həqiqqətlər nədir? Hansı pafos və əttökənlikdən bəhs edir? O ki, qaldı Orxan Bahadırsoyun kimlərəsə yarınmaq fikirlərinə, Nuranə Dadaşovaya ünvanlanan cavab bu fikirlərdən çox uzaqdır. Əslində yarınmaq ideyası Orxan Bahadırsoya daha çox məntiqlə uyğundur. Çünki məhz Universitet illərindən birgə təhsil alan, dost olan Nuranə Dadaşova və Orxan Bahadırsoy fikirləri necə də yarınmasın axı? Dostun müdafiəsinə qalxmaq yaxşıdır, ançaq ədalətli bir mövqedən çıxış olarsa. Bəli çox hörmətli Orxan Bahadırsoy bu gün Azərbaycan teatrı müasirləşir və inkişaf edir. Bu bir həqiqətdir, cəfəngiyyat yox.

Daha sonra Orxan Bahadırsoy yazır: “Hansı uğurdur o? Cüzi istisnalarla, biz son dönəm Azərbaycan teatrında hansı yeniliyin şahidi olmuşuq? İldə neçə festivalda birincilik qazanmışıq? Hansı Avropa ölkələrinin səhnəsində Azərbaycan teatrının kollektivi tamaşa nümayiş edib? Müasir Azərbaycan və dünya dramatuqlarının neçə əsəri var bizim teatrlarımızda? Müəllif bu suallara konkret sübutlarla cavab verə bilərmi?”

Bu fikirlərdən bir daha məntiqi nəticəyə gəlmək mümkündür ki, müəllif Orxan Bahadırsoy sonuncu dəfə hansı teatrın tamaşasında iştirak etdiyini heç özü də bilmir. Yeqin ki, getsəydi, görsəydi, hətta maraqlansaydı belə repertuar zənginliyindən xəbərdar olardı.



Bu gün respublikamızda fəaliyyət göstərən teatrlarımız kifayət qədər xarici ölkələrdə qastrol səfərlərində olur və uğurla vətənə dönür. Bu proses region teatrlarının fəaliyyət mexanizminə də şamil edilə bilər. Elə təkçə bunu demək kifayətdir ki, Gəncə Dövlət Dram teatrı son 4 ildə 9 dəfə xarici ölkələrdə qastrol səfərlərində, teatr festivallarında iştirak edib və Orxan Bahadırsoydan fərqli olaraq (oriental oynayan kişi obrazı--??) ən yaxşı kişi obrazına görə respublikanın əməkdar artisti İlham Hüseynov Ukraynanın Dneproqzerjinski şəhərində keçirilən “Klassika bu gün” festivalında Qoqolun “Evlənmə” (quruluşçu rejissor İradə Gözəlova ) pyesinin tamaşasına görə I yerə layiq görülüb.

Bu gün teatrlarımızda kifayət qədər Azərbaycan və eləçə də dünya dramaturqlarının əsərlərinə müraciət olunur. Təkçə iki dövlət dram teatrının repertuarında cıxarış edərək Orxan Bahadırsoya bildirmək istəyirəm ki, son bir ildə Mingəçevir Dövlət Dram teatrının səhnəsində Yevgeniy Şvartsın “Qırmızı papaq” ( quruluşçu rejissor Bəhram Osmanov ), Cahit Atayın “ Pusquda ” ( quruluşçu rejissor Xəzər Gəncəli ) N.V .Qoqol “ Müfəttiş ” ( quruluşçu rejissor Xəzər Gəncəli ), N.Dumbadzenin “ Mən, Nənəm Liko və İllarion ” ( quruluşçu rejissor Bəhram Osmanov ), Ş Peronun “ Sehirbaz qadin ” (quruluşçu rejissor Sərvər Əliyev) “ Min bir gecə ” ərəb nağılı ( quruluşçu rejissor İradə Gözəlova), Gəncə Dövlət Dram teatrının quruluşunda N. Dumbadzenin “ Ağ bayraqlar ” (quruluşçu rejissor, Gürcüstan Dövlət Dram teatrının rejissoru Natiq Hacıyev ), T. Narın “Şəhrizadın oyunu” ( quruluşçu rejissor Elşad Əhmədov ), N.V.Qoqolun “Evlənmə” (quruluşçu rejissor İradə Gözəlova ) pyeslərinə uğurlu səhnə həyatı bəxş edilib və bu gün də tamaşaçılar tərəfindən sevilə-sevilə baxılır.

Sonda isə Orxan Bahadırsoy yazır: “Gördüyünüz kimi, Nuranə Dadaşovanın yazdığı həqiqətlə Anar Bürcəliyevin yazdığı cəfəngiyyat arasında bir ortaq məxrəcə gəlmək mümkün deyil. Ona görə ki, həqiqət heç bir cəfəngiyyatla ortaqlığı qəbul etmir! Həqiqət də ondan ibarətdir ki, müasir Azərbaycan teatrından turşumuş çaxır iyi gəlsə, yenə yaxşı olardı. Turşumuş çaxır da insanı qismən məst edir. Amma burdan elə çürük üfunət iyi gəlir ki, adamın ürəyi bulanır!”

Əvvala deyim ki, mənim bu yazdıqlarım bəlkə də sizin düşünçə tərzinizə görə cəfəngiyyatdır. Bu düşünçə tərzinin məhsulu olaraq da həqiqətlə cəfəngiyyat arasında olan boşluğu doldura bilmir. Əgər söylədiyiniz kimi sizin üçün Azərbaycan teatrı deyəndə çürük üfunət iyi gələrək ürəyiniz bulanırsa, elə turşumuş çaxır qoxusuna məst olun.
Bütün bu yazdıqlarım isə həqiqətdir, cəfəngiyyat deyil!



Teqlər:  





Xəbər lenti