`Biz bitdi demədən bitməz` - Terimin nə qədər şansı var?
Türkiyə milliləri birinci və ikinci yerlər uğrunda mübarizəni artıq dayandırıb. Bu halda Türkiyə ən yaxşı üçüncülər kateqoriyasından qalib ayrılaraq növbəti mərhələyə vəsiqə qazana bilər. Bunun üçün Çexiya ilə keçiriləcək son matçı mütləq qazanmaq lazımdır. Əgər Türkiyə Çexiyaya məğlub olsa və ya bərabərə qalsa, turnirlə vidalaşmalı olacaq.
Ən yaxşı üçüncülər arasından növbəti mərhələyə adlayan komandalar, A, B, C və D qruplarını birinci yerdə bitirən komandalarla qarşılaşacaq. Əgər, Türkiyə növbəti mərhələyə yüksələrsə, A qrupunu lider olaraq tamamlayacaq Fransa və B qrupunu birinci bitirən komandayla qarşılaşacaq.
Qrupda üçüncü olan 6 milli komandadan növbəti mərhələyə adlayacaq 4 ən yaxşı göstəriciyə malik yığmanın seçimi isə aşağıda qeyd olunan kriteriyalara uyğun olaraq aparılacaq.
1. Ən yüksək xal
2. Ən yaxşı qol averajı
3. Vurulan qol sayı
4. Turnirdəki fair-play göstəricisi
5. Əgər yuxarıda qeyd olunan kriteriyalara uyğun olaraq komandaların göstəriciləri bərabər olarsa, komandların UEFA reytinqindəki yerinə baxılacaq.
Ən yaxşı üçüncülərin seçim kateqoriyasına baxsaq, Türkiyənin növbəti mərhələyə yüksəlmə şansı olduqca azdır. Hazırda A millilərin sıfır xalı var və rəqib qapılarından top keçirə bilməyib. Ona görə Türkiyə Çexiyanı böyük hesabla məğlub etməklə şans qazana bilər.
Türkiyə millisinin baş məşqçisi Fatih Terim `biz bitdi demədən bitməz` desə də, A millilərin növbəti mərhələyə yüksəlmə şansı minumuma bərabərdir.
Kənan Məmmədov
AzVision.az