GP2-də iki pilot mübarizəni dayandırdı - Yenilənib (VİDEO)

GP2-də iki pilot mübarizəni dayandırdı - Yenilənib (VİDEO)
  19 İyun 2016    Oxunub:3735
Bakı şəhər halqasında GP2 seriyası üzrə ikinci yarışa yekun vurulub.
“Prema Racing” klubunun təmsilçisi Antonio Covinatsi 1:56:439 nəticə ilə bütün rəqiblərini üstələyib.

Yarışda ilk beşliyi tutan pilotlar:

1.Antonio Covinatsi (“Prema Racing”) - 1:56:439
2. Pyer Qasli (“Prema Racing”) - 1:58:275
3. Sergey Sirotkin (“ART Grand Prix”) - 1:57:185
4. Cordan Kinq (“Racing Engineering”) -1:55:793
5. Artyom Markelov (“Russian Time”) - 1:58:678

***

GP2 seriyası üzrə yarışlarda “Trident” komandasının üzvü P. Armand və “Arden International komandasının J.Erikson mübarizəni dayandırıb.

***
(14:00)

Bakı Şəhər Halqasında GP2 seriyası üzrə ikinci yarışlara start verilib.

AzVision.az xəbər verir ki, yarışda 11 komandadan 22 pilot iştirak edir.



GP2 seriyası üzrə ikinci yarışlar 45 dəqiqə davam edəcək.

Xatırladaq ki, ötən gün keçirilən yarışda “Prema Racing” klubunun təmsilçisi Antonio Covinatsi 1:57:944 nəticə ilə bütün rəqiblərini üstələyib.

Birinci yarışda ilk beşlik belə idi:

1.Antonio Covinatsi (“Prema Racing”) - 1:57:944
2.Sergey Sirotkin (“ART Grand Prix”) - 1:58:116
3.Rafael Marçello (“Russian Time”) - 1:58:427
4.Olivyer Roulend (“MP Motorsport”) - 1:57:887
5.Mitç Evans (“Pertamina Campos Racing”) -- 1:58:314

Ümumilikdə finiş xəttini yarışda iştirak edən 22 idmançıdan 12-i keçib.

Xatırladaq ki, mövsüm İspaniyanın Barselona trekində start alır və Əbu Dabidə yekunlaşır. GP2 seriyasının üçüncü mərhələsi “Formula -1” Avropa Qran Prisinin dəstək yarışı kimi Bakı Şəhər Halqasında baş tutacaq.

Çempionatda hər birində 2 sürücü olmaqla 12 kollektiv təmsil olunur. Ancaq mövsümün Barselonada ilk yarışına 21 sürücü bəyan olunub – bu Status Grand Prix komandasının hələ də tərkibini müəyyən edə bilməməsi ilə bağlıdır.

Gənc və istedadlı pilotların idarə etdiyi GP2 seriyası maşının görünüşü Formula-1 bolidini xatırlatsa da, diqqətlə baxdıqdan sonra arada böyük fərq olduğu ortaya çıxır. GP2 bolidləri kiçikdir və antiqanadlar, ümumi aerodinamik elementlər daha sadədir. Onlar saatda 100 kilometr sürəti cəmi 2,9 saniyəyə yığmağa imkan verən 650 at gücündə 8 silindrli mühərriklə təchiz edilib.

Eyni zamanda, qeyd etmək lazımdır ki, GP2 monoseriyadır. Yəni, bütün komanda və sürücülərin bolidləri eynidir, yalnız sazlamalar hər bir komanda tərəfindən ayrıca həyata keçirilir. Bu prinsip seriyanın yarışlarını daha maraqlı edir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti