Erməni Azərbaycan prezidentliyinə namizədliyə iddialıdır

Erməni Azərbaycan prezidentliyinə namizədliyə iddialıdır
  09 Avqust 2013    Oxunub:1522
Qriqori Ayvazyan Rüstəm İbrahimbəyovla əməkdaşlıq etmək niyyətində olduğunu bildirib.

Azərbaycan Erməniləri Assambleyasının sədri Qriqori Ayvazyan Azərbaycanda prezident seçkilərində iştirak etmək iddiasındadır. Buna görə də o, Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovla əməkdaşlığı istisna etmir.

AzVision.az -ın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, Ermənistanda yaşayan Ayvazyanın həm Azərbaycan vətəndaşlığı, həm də Bakı qaçqını statusu var. Ayvazyan artıq öz sənədlərini Azərbaycan Xarici İşlər və Daxili İşlər Nazirliyinə göndərdiyini də iddia edir. O, hələ cavab ala bilmədiyini deyir.

“Mən Moskvada İbrahimbəyovla görüşüb onunla əməkdaşlığı istisna etmirəm. Düşünürəm ki, bizim aramızda əsas anlaşılmazlıqlar ancaq Qarabağ məsələsinə görə ola bilər”, - deyə Ayvazyan bildirib.

Bundan başqa o qeyd edib ki, əgər Azərbaycandan öz ərizəsinə cavab almasa, o istənilən yolla Bakıya gəlib probleri yerindəcə həll edə bilər.

AzVision.az


Teqlər:  





Xəbər lenti