Silahlı qüvvələrlə bağlı qanun layihəsi müzakirə olunacaq
Milli Məclisdən APA-ya verilən məlumata görə, bu, “Silahlı qüvvələr və başqa silahlı birləşmələr haqqında” qanun layihəsidir.
Layihənin Milli Məclisin payız sessiyasında Təhlükəsizlik və müdafiə komitəsinin iş planına daxil edilməsi nəzərdə tutulur. Layihədə əlavə hərbi birləşmələrin yaradılmasına zəmin yaradacaq müddəalarla bağlı dəyişikliklər planlaşdırılır.
Xatırladaq ki, layihə Milli Məclisin ötən payız və yaz sessiyasının gündəliyinə salınsa da, müzakirəsi baş tutmayıb. Səbəb olaraq aidiyyəti qurumlar arasında yalnız Müdafiə Nazirliyinin rəy verməməsi göstərilirdi. Artıq qurumla müvafiq razılığın əldə olunduğu və payız sessiyasında layihənin müzakirəyə çıxarılmasının gözlənildiyi bildirilir.
AzVision.az
Teqlər: