Yatmış sakin nazirliyi təşvişə saldı
AzVision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.
Xilasedicilər beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə qonşu mənzilin eyvanından enərək daxil olublar. Mənzilə baxış keçirilərkən 1998-ci il təvəllüdlü vətəndaş yatmış vəziyyətdə aşkar edilib.
AzVision.az
Teqlər: