Erməni soyqırımı haqqında kitab qırğız dilində

Erməni soyqırımı haqqında kitab qırğız dilində
  10 Avqust 2013    Oxunub:1585
“Erməni soyqırımı”: yalan və həqiqət. («Армянский геноцид»: миф и реальность) kitabı qırğız dilində nəşr olunacaq.
Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun prezidenti Nüsrət Məmmədov bildirib ki, hazırda kitab tanınmış şair və tərcüməçi Mukan Asanaliyev tərəfindən Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun sifarişi ilə qırğız dilinə tərcümə edilir. “Erməni soyqırımı”: yalan və həqiqət kitabı qırğız dilində bu il sentyabr ayının birinci ongünlüyündə nəşri nəzərdə tutulub. Kitab Qırğızstanın bütün kitabxanalarına və oxucu kütləsi arasında pulsuz yayılacaq.

Kitabın elmi redaktoru və məsləhətçisi Azərbaycan Prezident Administrasiyası ictimai siyasi şöbəsinin müdiri Əli Həsənov, rəyçiləri Hüquq elmləri doktoru, professor Kamil Səlımov, AR MM deputatı Sahibə Qafarova, Hüquq elmləri doktoru Milhəd Qafarov, AR MM deputatları Musa Quliyev, Çingiz Qənizadə və Fuad Muradovdur. Layihənin ideya müəllifi, təşəbbüskarı, eyni zamanda ön sözün müəllifi millət vəkili Adil Əliyevdir.

Qırğız dilindəki kitabın təqdimatı bu ilin oktyabr ayına planlaşdırılır. Təqdimatda müəlliflər heyətinin və AR Prezident Administrasiyasının əməkdaşlarının iştirakı gözlənilir.

Qeyd edək ki kitab, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diaspor təşkilatlarına Azərbaycan həqiqətlərini dünya xalqlarına çatdıraq tövsiyəsi çərçivəsində tərcümə və nəşr edilir.

AzVision.az



Teqlər:  





Xəbər lenti