Əli Kərimlinin evini yardılar
Kərimli mənzildən heç nə götürməyən həmin adamların məqsədlərinin başqa olduğu güman edir.
Əli Kərimlinin sözlərinə görə, belə bir hadisə bir neçə gün əvvəl də baş verib.
“Bir neçə gün bundan əvvəl də ailəliklə evdə olmadığımız vaxt qapılarımızın kənar şəxs tərəfindən açılmasının əlamətlərini gördük. Hadisə qısa müddətdə iki dəfə təkrarlandığından qərara gəldim ki, bu barədə ictimaiyyəti məlumatlandırım. Əminəm ki, bu adamlar baş verənlər mənim siyasi fəaliyyətimlə bağlıdır”, - deyə Əli Kərimli qeyd edib.