Milli Şurada Rəsul Quliyev müəmması
Bu fikirləri AzVision.az-a açıqlamasında Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan Rəsul Quliyevin ABŞ-da Rusiyanın bu ölkədəki səfiri ilə görüşündən danışarkən deyib. O bildirib ki, Rəsul Quliyevin bu görüşdə özü üçün dəstək istədiyinə inanmır: “Mən inanmıram ki, Rəsul bəy Rüstəm bəyin namizədliyini dəstəklədiyi halda özü üçün dəstək istəsin. Ola bilsin ki, o, Rüstəm bəy üçün dəstək istəməyib, onun sənədlərinin qaydaya salınması haqqında müəyyən fikirlər ortaya qoyub. Onların ikisi arasında olan söhbəti bir söhbət iştirakçıları bilir, bir də Allah. Ona görə də mən bilmirəm ki, Rəsul Quliyev həmin görüşdə özü üçün siyasi dəstək istəyib, ya yox”.
Adı çəkilən görüşün Milli Şurada razılaşdırılmağına gəlincə isə Ə.Temirxan deyib ki, hər bir partiya sədri müxtəlif insanlarla görüş keçirməkdə keçirməkdə azaddır.
Milli Şuranın icra aparatının üzvü Eldəniz Quliyev isə təəssüf ki, Rəsul Quliyevin Rusiyanın ABŞ-dakı səfiri ilə görüşü haqqında heç bir məlumatı olmadığını, Milli Şuranın dəstək aldığı və istədiyi yeganə qüvvənin Azərbaycan xalqı olduğunu deyib.
E. Quliyev bildirib ki, vahid namizəd məsələsi Rusiyadan asılıdır və xeyli müdətdir bu məsələ öz həllini tapmır: “Bizim yeganə vahid namizədimiz Rüstəm İbrahimbəyovdur. Onun ikili vətəndaşlığı ilə olan problemi Rusiyanın prezidentindən asılıdr və problemi neçə müdətdir ki, həll edə bilmirik. Rusiya Azərbaycanın qonşusdur, strateji müttəfiqidir. Ermənistanı çıxmaq şərti ilə bütün respublikalarla ikitərəfli, balanslaşdırılmış siyasət yürütməyə hazırıq. Ancaq bu, o demək deyil ki, kiməsə üstünlük verib maraqlarımıza uyğun olmayan addımlar atacağıq.
Qeyd edək ki, Milli Şuranın üzvü, eks-spiker Rəsul quliyev ABŞ-da Rusiyanın bu ölkədəki səfiri Sergey Kislyakla görüşündə seçkilərdə Moskvanın ona siyasi dəstək verməsini xahiş edib və Rusiya hökuməti ilə əməkdaşlığa hazır olduğunu bəyan edib.
Fatimə Kərimli
Şahanə Rəhimli