Maduro: “ Bəzi gecələri Çavesin yanında yatıram”
Məlumata görə, Maduro, bəzi gecələri keçmiş prezident Uqo Çavezin cəsədinin mumiyalanaraq saxlandığı hərbi muzeydə yatdığını etiraf edib: “Bəzi gecələri mərhum prezidentin muzeyinə gedib, orda gecələyirəm”.
Prezident, bəzi hökumət və dövlət rəhbərləri ilə muzeyə gəldiklərini və burada gecə səhərə qədər fikir mübadiləsi apardıqlarını bildirib.
Qeyd edək ki, Maduro, seçki kampaniyası zamanı Çavesin kiçik quş şəklində yanına gələrək, prezident seçkiləri üçün ona xeyir-dua verdiyini demişdi.
AzVision.az