DİN-dən yol polisinin ölümü ilə bağlı açıqlama

DİN-dən yol polisinin ölümü ilə bağlı açıqlama
  10 Avqust 2013    Oxunub:1328
Daxili İşlər Nazirliyi yol polisinin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.
AzVision.az Nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, məlumata görə, avqustun 9-da saat 16:00 radələrində Abşеrоn rayоnunun Novxanı qəsəbəsi ərazisində Samir Hacıyevin idarə etdiyi "BMW" markalı və Bakı şəhər sakini Güloğlan Feyzullayevin idarə etdiyi "Toyota Prado" markalı avtomaşınlar toqquşub.

Nəticədə S.Hacıyevin sərnişini Eşqin Məmmədov hadisə yerində ölüb, xəsarət almış S.Hacıyev və G.Feyzullayevin sərnişini - arvadı Səadət xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri orta-ağırdır.

RPŞ tərəfindən araşdırmalar aparılır.





Teqlər:  





Xəbər lenti