MSK Əhməd Orucovun prezidentliyə namizədliyini təsdiq edib

MSK Əhməd Orucovun prezidentliyə namizədliyini təsdiq edib
  11 Avqust 2013    Oxunub:1267
Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib
MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçən iclasda Azadlıq Partiyası tərəfindən namizədliyi irəli sürülən Əhməd Abdul oğlu Orucovun (Əhməd Oruc)prezidentliyə namizədliyinin irəli sürülməsi səsvermə ilə rəsmən təsdiq olunub.

Eyni zamanda Azadlıq Partiyasının səlahiyyətli nümayəndəsi də qeydə alınıb.

M. Pənahov həmçinin bildirib ki, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Məmmədmübariz oğlu Əlizadənin namizədliyinin qeydə alınması ilə bağlı müracit daxil olub.Onun və başqalarının sənədləri tam qaydasında olmadığına görə, onlara növbəti iclaslarda baxılacaq.

Qeyd edək ki, 7 nəfər prezidentliyə namizəd kimi seçki sənədlərini MSK-ya təqdim edib.

Bunlar YAP sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Azadlıq Partiyasından Partiyanın sədri Əhməd Oruc, Vətəndaş və İnkişaf Partiyasından Partiyasının sədri Əli Əliyev, Azərbaycan Liberal Demokrat Partiyasından sədr Fuad Əliyev, ASDP sədri Araz Əlizadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürən hüquqşünas İlqar Məmmədov (İlqar Altay) və Ümid Partiyasından partiyanın sədri, deputat İqbal Ağazadədir.

AzVision.az


Teqlər:  





Xəbər lenti