Rəsul Quliyev Qarabağı güzəştə gedəcəyinə söz verir – SƏNƏD

Rəsul Quliyev Qarabağı güzəştə gedəcəyinə söz verir  – SƏNƏD
  12 Avqust 2013    Oxunub:1308
Ukraynanın "Kievskaya Xronika" qəzeti Azərbaycanın eks-spikeri, müxalifət lideri Rəsul Quliyevin Rusiyanın xarici işlər naziri Sergey Lavrova yazdığı iddia olunan müraciətin fotolarını yayıb. Modern.az-ın məlumatına görə, müraciətin XİN rəhbərinə cari ilin iyunun 17-də göndərildiyi qeyd olunub.

R.Quliyev Modern.az-a açıqlamasında Sergey Lavrova belə bir müraciətdə bulunmadığını israrla qeyd edib. Bildirilib ki, bu sənədlər saxtadır, ona aid deyil:

“Bu qəzet guya iyunda Sergey Lavrova və səfirə yazdığım məktubların nüsxələrini dərc edib. Bir daha qeyd edirəm bu məktublar montaj edilib. Ancaq paralel olaraq indiyə qədər dəfələrlə xarici ölkələrin başçılarına , ABŞ, Avropa ölkələri və o cümlədən Rusiya Federasiyasının liderlərinə çox saylı məktublar yazmışam. Rusiyaya yazdığım məktublarda həmişə bu ölkə ilə Azərbaycan arasında stabil və uzunmüddətli normal qonşuluq əlaqələrinin bazasının ancaq demokratik Azərbaycan ola biləcəyini qeyd etmişəm.

Heç vaxt Rusiyanın və ya başqa bir dövlətin kimisə, o cümlədən müəyyən şərtlər çərçivəsində məni dəstəkləsinlər məsələsinə toxunmamışam. Çünki Azərbaycan xalqının iradəsi yox, kənar qüvvələrin dəstəyi ilə hakimiyyətə gəlmək istəyənləri qəbul etmirəm və bu mənim prinsipal mövqeyimdir. Əgər xalqın bu hakimiyyətdən xilas olmasında bu məktubların rolunun olacağını hiss etsəm məmuniyyətlə yenidən yazaram. Ümumiyyətlə yaxşı olardı ki, birləşmiş müxalifət bir daha xarici ölkələrin başçıları, o cümlədən Rusiya rəhbərliyinə təcili müraciət etsin, azad seçkiləri dəstəkləmələrini xahiş etsinlər. Don Kixot kimi xeyrxah niyyətlərlə yaşamaq olar ,ancaq yel dəyirmanı ilə vuruşmaq yox”.

Ukraynanın "Kievskaya Xronika" qəzeti ötən gün "Radio Svoboda"ya ("Azadlıq" radiosu) istinadən Milli Məclisin sabiq sədri Rəsul Quliyev Rusiyanın ABŞ-dakı səfiri ilə görüşməsi haqda məlumat yayaraq böyük qalmaqala səbəb olub. Qəzetin yaydığı məlumatda bildirilirdi ki, R.Quliyevin Rusiya rəhbərliyinə məktubla müraciət edərək Kremlin prezident seçkilərində ona dəstək olmasını xahiş edib.

Qalereya




Teqlər:  





Xəbər lenti