Enriko Lettanın Azərbaycana səfəri başa çatıb

Enriko Lettanın Azərbaycana səfəri başa çatıb
  12 Avqust 2013    Oxunub:1136
Avqustun 12-də İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın Azərbaycan Respublikasına rəsmi səfəri başa çatıb.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar.

AzVision.az


Teqlər:  





Xəbər lenti