“Əl-Qaidə” humanitar yardımı oğurladı

“Əl-Qaidə” humanitar yardımı oğurladı
  12 Avqust 2013    Oxunub:1541
“Əl-Qaidə”nin Somalidəki qolu “Əl-Şabab” 744 min 400 dollar dəyərində Britaniyaya məxsus humanitar yardım ehtiyatını ələ keçirib.
AzVision.az The Huffington Post-a istinadən xəbər verir ki, Britaniya hökuməti bildirib ki, ehtiyatlar 2011-ci ilin noyabrı ilə 2012-ci ilin fevralında oğurlanıb. Belə ki, “Əl-Şabab” qrupunun üzvləri Britaniyaya məxsus anbarlarda reydlər apararaq humanitar ehtiyatları götürüblər. Qeyd edək ki, həmin oğurluq agentliyin 2012-2013-cü il hesabatında öz əksini tapıb. Hesabatda bildirilib ki, agentlik ediləcək hücum barədə əvvəlcədən xəbərdarlıq almadığı üçün ehtiyatları başqa yerə köçürə bilməyib.

AzVision.az


Teqlər:





Xəbər lenti