Nazir vətəndaşlarla görüşəcək

Nazir vətəndaşlarla görüşəcək
  13 Avqust 2013    Oxunub:1163
Əli Abbasov Şabranda vətəndaşları qəbul edəcək.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun avqust ayının 17-də saat 10:00-da Şabran rayonunda (Şabran, Quba, Qusar, Xaçmaz, Siyəzən, Xızı) əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşlarla görüşü planlaşdırılır.

Qurumun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, vətəndaşlardan "[email protected]" elektron poçt ünvanı, 1655 saylı "Qaynar xətt", 598 38 18 nömrəli (regionlardan edilən zənglər pulsuzdur) telefon vasitəsilə əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

AzVision.az


Teqlər:





Xəbər lenti