Rusiyada 18 azərbaycanlı saxlanılıb

Rusiyada 18 azərbaycanlı saxlanılıb
  12 Avqust 2013    Oxunub:1542
Rusiya polisi və miqrasiya xidmətinin əməkdaşları bu dəfə də Tver vilayətindəki bazarlarında reydlər keçirib.
`Qatarbayter`lərin aşkar edilməsi məqsədilə həyata keçirilən iki günlük reydlər zamanı 264 nəfər saxlanılıb ki, onlardan 18 nəfəri azərbaycanlılardır. Bununla yanaşı saxlanılanlar arasında 154 Özbəkistan, 70 Tacikistan, 8 Ermənistan, 6 Gürcüstan, 6 Qırğızıstan, və 2 Çeçenistan vətəndaşı da var.

Onların hər biri ilə bağlı inzibati protokol tərtib olunub.

S. Həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti